Кусарские Новости
Воскресенье, 05.05.2024, 00:57
Приветствую Вас Гость | RSSГлавная | Регистрация | Вход
Меню сайта
Разделы новостей
Общество [216]
Культура [60]
Спорт [108]
Туризм [20]
Происшествия [166]
Политика [109]
ФОТО/ВИДЕО [15]
Главная » 2009 » Февраль » 16 » "Şahdağ"ın prezidenti rəqiblərinə meydan oxudu
"Şahdağ"ın prezidenti rəqiblərinə meydan oxudu
11:07

"Şahdağ"ın prezidenti rəqiblərinə meydan oxudu

"Həmin komandalar vaxt keçirmək üçün oynayır"

Premyer-liqada olduğu kimi, birinci divizionda da şimal bölgəsinin təmsilçisi var. Bu, sonuncu dəfə 2006/07 mövsümündə elitada yarışan və həmin dəstəyə dönmək istəyini heç vaxt gizlətməyən "Şahdağ"dı. Fasilə ərəfəsində Qusar klubunda yaşananlardan yəqin ki, xəbəriniz var. Söhbət baş məşqçi Fuad İsmayılovla yanaşı, bəzi oyunçuların komandadan uzaqlaşmasından gedir. Bu gün birinci divizionda da mövsümün ikinci yarısı start götürür. Maraqlıdı, "Şahdağ" elitaya yüksəlmək iddiasını qoruyurmu? Baş məşqçi dəyişikliyi komandanın həyatında hansı izlər buraxıb? Bu suallara cavab tapmaq üçün Qusara yollandıq...

"İşim-gücüm isti otaqda əyləşib televizora baxmaq deyil"

"Şahdağ"ın prezidenti Ərəstun Niftiyev bizi əvvəlcə Orduxanov adına stadionun meydançası ilə tanış etdi. Qusarın iqlimini nəzərə alsaq, qazon heç də pis görünmürdü. Ancaq prezident bununla kifayətlənmək fikrində deyil. Onun dediyinə görə, artıq gələn mövsümdən komandanın oyunlarını yeni, süni örtüklü meydanda keçirəcəyi gözlənilir. Ərəstun müəllim bizə "Şahdağ"ın ikinci yarıda güvənəcəyi oyunçuların siyahısını da göstərdi. 30 nəfərlik siyahıda gənclərin çoxluğu diqqətimizi çəkdi. Məlum dəyişiklikdə əsas məqsədin yerli futbolçular yetişdirmək olduğunu vurğulayan klub prezidenti elitaya dönməyi arxa plana keçirib. Belə ki, "Şahdağ" rəhbərliyi əsasən yerli futbolçuların "istehsalı" haqda düşünür. Niftiyevin dediyinə görə, Azərbaycana Rahid Əmirquliyev, Tural Cəlilov kimi milli səviyyəsində futbolçular bəxş edən "Şahdağ" bu ənənəni davam etdirmək fikrindədi. Böyük perspektiv vəd edən komandada maliyyə durumu da qənaətbəxşdi. Klub prezidenti büdcəni açıqlmasa da, həm futbolçuların, həm də məşqçilərin yetərincə yaxşı məvacib aldıqlarını bildirdi. Daha sonra söhbətimiz dialoq şəklində davam etdi.

- Ərəstun müəllim, "Şahdağ"dakı qəfil dəyişiklik hamı üçün gözlənilməz oldu.

- Komandada çıxış edən gəlmə futbolçular, bir də ki baş məşqçi Fuad İsmayılov ilə vidalaşdıq. Mətbuatda yazılırdı ki, guya Fuad müəllim gətirdiyi futbolçuları da özüylə aparıb. Amma belə deyil. Onlardan ikisini - Ramil Nəsirovla Elnur Rüstəmovu özüm gətirmişdim.

- Komanda lider olduğu halda, belə köklü dəyişikliklərə nə ehtiyac vardı?

- Bu gün üçün elitada oynamaq potensialımız yoxdu. Fuad müəllim əsasən yaşlı oyunçulara üstünlük verirdi. Halbuki onların çoxu artıq futbolla vidalaşmalıydı. Yaşlıları oynatmağın heç bir mənası yox idi. Açıq danışsaq, bu gün "Göyəzən", "Spartak" "Qafqaz Universiteti", "Ədliyyə", "AVN-Bərdə"də gənclər yoxdu. Həmin komandalar sadəcə, vaxt keçirmək üçün oynayır. Özüm görmüşəm, istəyəndə məşq edirlər, istəməyəndə yox. Qəzetlərdə yazılmışdı ki, onlar hələ məşqlərə təzə başlayıb. Amma biz yanvarın 5-dən yığışmışıq. Ümumiyyətlə, mən o biri komandaları rəqib saymıram. Məqsədimiz yerli futbolçu yetişdirməkdi. Əvvəl bizdə yerli uşaqlar var idi. Lakin komanda elitaya çıxana yaxın hərəsi bir kluba - "Qarabağ"a, "Xəzər-Lənkəran"a, "Bakı"ya getdi. Bununla da Qusarda futbol inkişafdan qaldı.

- Bildiyimizə görə, Qusarda futbolçu yetişdirən məktəb yoxdur. Bəs komandaya cəlb etdiyiniz yerli uşaqlar harda məşq keçir?

- Bir dənə meydança var, orda məşq keçirlər. İnşallah, AFFA bizə süni örtüklü meydançanın salınmasında kömək etsə, çox böyük iş olacaq. Məşqçi yaxşı işləsə, normal futbolçu yetişdirə bilər. Uşağı ki həvəsdən saldın, ondan futbolçu çıxmayacaq.

- Heyətə təzə cəlb etdiyiniz futbolçular gedənlərin yerini verə biləcəkmi?

- Hələ yarım il onlardan heç nə istəmirəm. Sadəcə, əvvəlki kimi əsas məqsədimiz ancaq meydana çıxıb vuruşmaq və udmaqdı.

- Dedikləriniz bir qədər təzadlı görünür. Bir tərəfdən elitada mübarizə aparmağa potensialınızın olmadığını, digər tərəfdən isə meydana udmaq üçün çıxacağınızı deyirsiz.

- Mövsüm başlamamış jurnalistlər məndən "siz ancaq yüksək liqaya çıxmaq üçün oynayırsızmı" soruşana da demişdim ki, biz ancaq udmaq üçün oynayırıq. Premyer-liqaya çıxsaq, daha böyük məqsədlər üçün çalışacağıq. Hələ ki elitaya yüksəlmək ikinci dərəcəli planımızdı.

- Bəs elitaya çıxsaz, komandanı saxlamaq üçün maliyyə imkanlarınız varmı?

- Bəli, imkanımız var, özü də yetərlidi.

- Məşqçilərin işindən razısızmı?

- Bəli, razıyam. Demək olar ki, komandanın heç bir məşqini buraxmıram. Hər halda, işim-gücüm isti otaqda əyləşib televizora baxmaq deyil. Həmişə komandayla bir oluram, onların çəkdiyi əziyyəti mən də çəkirəm.

"Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirəcəyik"

Fuad İsmayılovun istefasından sonra "Şahdağ"ın məşqçilər korpusuna Şərafəddin Məmmədov rəhbərlik edir. Onun köməkçiləri isə Kamran Nurəhmədovla Mahir Mirzağayevdi. Bəndəniz "Şahdağ"ı məşq zamanı da görmək istəyirdi. Amma çərşənbə gününün sısqa yağışı buna imkan vermədi. Əsas meydançanın qazonunu "Göyəzən"lə bugünkü oyun üçün qorumağı lazım bilən məşqçilər hazırlığı kənd stadionlarından birində keçməyə qərar verdi. Baş məşqçi Şərafəddin Məmmədovun hazırlıq haqda dedikləri: "Yanvarın 5-dən yığışıb hazırlığa başlamışıq. Gündə iki məşqimiz olur. Bir neçə yoldaşlıq oyunu da keçirmişik. Komanda tam hazırdı. Toplanış vaxtı əsasən fiziki təlimlərə üstünlük verdik".

Əsas rəqib kimi "Energetik"i görən baş məşqçi komandasının perspektivindən də danışdı: "Bizim yerli oyunçulardan ibarət heyət yetərincə güclüdü. Yaxşı oyun göstərib mövsümün ikinci yarısında da məğlubiyyətsiz oyunlar seriyasını davam etdirəcəyik".

Fanklub voleybolçuları dəstəklədi

"Şahdağ"ın düşərgəsinə səfərdən sonra Quba Olimpiya Kompleksinə baş çəkib "Rabitəçi" ilə "Albasete" arasındakı avrokubok oyununu da izlədik. Voleybolçularımız uduzsa da, "Qarabağ"la "Şahdağ"ın fanklublarının üzvləri onları sona qədər dəstəklədi. Qusarlı azarkeşlərlə söhbət əsnasında "Şahdağ"ın onlar üçün nə qədər böyük məna daşıdığını da gördük. Bu azarkeşlər sevimli komandalarını, deməli, həm də Qusarı ölkə futbolunun elitasında görmək istəyir. Klub rəhbərliyinin bunu istəyib-istəməməsindən asılı olmayaraq...  

 SƏBUHİ NƏRİMANOĞLU

 

Maraqlıdı...

 

* Klubun emblemində yaranma ili kimi 1950 göstərilsə də, əslində Qusarda peşəkar futbol klubunun əməli 1992-ci ildə qoyulub. Sadəcə, 1950-ci ildən bu rayonda komandalar yaradılmağa başlayıb.

 

* "Şahdağ" ölkə çempionatının güclülər dəstəsinin 9 mövsümündə iştirakçılar arasında olub.

 

* Komanda 2003-cü ildə qısa müddətə "Şahdağ-Samur" adını daşıyıb.

 

* "Şahdağ" ev oyunlarını 4000 yerlik Şövkət Orduxanov adına şəhər stadionunda keçirir.

 

* "İnter" premyer-liqada, "Şahdağ" isə 1-ci divizionda məğlubiyyət acısı dadmayan yeganə komandadı. Bakılıların seriyası 13, qusarlıların seriyası 14 oyuna bərabərdi.

 

 

 

POZIS nə deməkdi?

 

"Şahdağ"ın əsas sponsoru "Atlant" mağazalar şəbəkəsi olsa da, oyunçuların formasının, eləcə də klub avtobusunun üzərində POZIS sözü yazılıb. Görəsən, bu nə deməkdi?

 

POZIS Rusiyanın məişət və tibb texnikalarının istehsalı üzrə ixtisaslaşan aparıcı ticarət markalarından biridi. Şirkətin məhsullarının Azərbaycandakı satış həcmi ildən-ilə artır. Artıq bu il ölkənin 20-dən artıq şəhərində POZIS məhsullarının üstünlük təşkil edəcəyi ticarət mərkəzlərinin yaradılması nəzərdə tutulub. Şirkətin ölkəmizdəki tərəfdaşı "Enerjiservis" Açıq Səhmdar Cəmiyyətidi. Həmin cəmiyyətin rəhbərləri isə həm də "Şahdağ"ın sahibləridi.
 
Газета "Футбол Плюс"
Категория: Спорт | Просмотров: 993 | Добавил: GusarNews | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Календарь новостей
«  Февраль 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright MyCorp © 2024 Хостинг от uCoz